Kobaxidzenin müşaviri: Gürcüstanın yaxın gələcəkdə NATO-ya daxil olması real deyil Dünya

Kobaxidzenin müşaviri: Gürcüstanın yaxın gələcəkdə NATO-ya daxil olması real deyil

Gürcüstanın yaxın gələcəkdə NATO-ya daxil olması real deyil.

APA xəbər verir ki, bunu Gürcüstan baş nazirinin müşaviri, Rusiya ilə münasibətlərin nizamlanması üzrə keçmiş xüsusi nümayəndə Zurab Abaşidze deyib.

“Yaxın perspektivdə NATO-ya üzvlük qeyri-realdır. Bu tamamilə aydındır, elə deyilmi?”, - Abaşidze qeyd edib.