Pentaqon: Türkiyənin terror hücumuna görə məsuliyyətə cəlb etmək hüququ var Dünya

Pentaqon: Türkiyənin terror hücumuna görə məsuliyyətə cəlb etmək hüququ var

Türkiyədə baş vermiş terror hücumundan sonra Pentaqon Suriya və İraqın şimalında PKK-ya qarşı həyata keçirdiyi əməliyyatlara görə Türkiyənin hücum edənləri məsul tutmaq haqqına sahib olduğunu açıqlayıb.

APA xəbər verir ki, bu haqda Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinqx gündəlik brifinqdə danışıb.
Sinqx, Türkiyədəki terror aktından sonra Suriya və İraqda həyata keçirilən əməliyyatlarla bağlı suala “Türkiyədə izlədiyiniz kimi, bu, terror hücumuna bənzəyir. Onların bu hücumu həyata keçirən insanları məsuliyyətə cəlb etmək hüququ var”, - deyə cavab verib.

Sinqx həmçinin Pentaqon adından terror aktı zamanı həlak olanların ailələrinə başsağlığı verib.