Bir gecədə Ukraynanın 7 PUA-sı məhv edilib Dünya

Bir gecədə Ukraynanın 7 PUA-sı məhv edilib

Rusiya hava hücumundan müdafiə sistemi bir gecədə Rusiya Federasiyasının regionları üzərində Ukraynaya məxsus 7 pilotsuz uçuş aparatını (PUA) məhv edib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Azov dənizi üzərində üç, Belqorod vilayəti üzərində üç pilotsuz uçuş aparatının hava hücumundan müdafiə bölmələri tərəfindən vurulduğu bildirilir. Bir pilotsuz təyyarə Bryansk vilayətinin ərazisində, kiçik bir hava şarı Rostov vilayəti üzərində məhv edilib.

Cavid