730-dan çox fələstinli həyatını itirib Dünya

730-dan çox fələstinli həyatını itirib

7 oktyabr 2023-cü ildən bəri İordan çayının qərb sahilində və Şərqi Qüdsdə 730-dan çox fələstinli həyatını itirib.

Bu barədə BMT-nin İşğal olunmuş Fələstin Ərazilərində Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi məlumat yayıb.

Hesabatda qeyd edildiyi kimi, 7 oktyabr 2023-cü ildən bu il oktyabrın 21-dək İordan çayının qərb sahili və Şərqi Qüdsdə 732 fələstinli öldürülüb.

Onlardan 715-nin İsrail əsgərləri tərəfindən öldürüldüyü bildirilir.

Mətndə qeyd edilir ki, eyni dövrdə İordan çayının qərb sahilində və Şərqi Qüdsdə 16 İsrail Müdafiə Qüvvələrinin əməkdaşı olmaqla 23 israilli öldürülüb.

Cavid