DEM Partiyasının Qərargahına daşlı hücum Dünya

DEM Partiyasının Qərargahına daşlı hücum

DEM Partiyasının Balqatdakı qərargah binasına sərxoş olduğu təsbit edilən şəxs daşlı hücum edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Türkiyənin “milliyyet.com.tr” saytı xəbər paylaşıb.

Xəbərdə bildirilir ki, əldə edilən məlumata görə, H.C.Ö gecə saatlarında sərxoş halda partiyanın qərargah binasının qarşısına gəlib. O, götürdüyü daşları binanın giriş qapısına atıb.

Hücum zamanı binanın giriş qapısının şüşələri sındırılıb, partiya lövhəsi zədələnib. Şübhəli H.C.Ö hadisə yerinin yaxınlığında Ankara Təhlükəsizlik Müdirliyi qrupları tərəfindən qısa müddətdə tutulub. Həddindən artıq sərxoş olduğu müəyyən edilən şübhəlinin polis bölməsində əməliyyatlarının davam etdiyi qeyd edilib.