Livan iqtisadiyyatına dəyən ziyan 20 milyard dolları keçə bilər Dünya

Livan iqtisadiyyatına dəyən ziyan 20 milyard dolları keçə bilər

İsrail ordusunun Livan ərazisinə hücumundan iqtisadi zərər 20 milyard dolları keçə bilər.

Bu barədə “L'Orient-Le Jour” qəzeti Livan üzrə Müstəqil İşçi Qrupun, livanlı ekspertlər və iqtisadçılar qrupunun hesabatına istinadən məlumat yayıb.

Onlar hesab edirlər ki, İsrailin hərəkətləri Livanın cənubunda və ölkə əhalisinin və işçi qüvvəsinin üçdə birinin yaşadığı Bekaa vadisində iqtisadiyyatın əksər sektorlarında iqtisadi fəallığı ləngidir.

Qeyd olunur ki, Livanın kənd təsərrüfatı torpaqlarının təxminən dörddə biri və qeydiyyatdan keçmiş 50 min müəssisə dağıdılıb ki, bu da onların ölkədəki ümumi sayının təxminən 60%-ni təşkil edir.

Hesabata görə, Livana edilən hücumlardan iqtisadi zərər 20 milyard dolları keçə bilər.

Cavid