Tbilisidə parlament qarşısında aksiya olacaq Dünya

Tbilisidə parlament qarşısında aksiya olacaq

Tələbə hərəkatı "Azadlıq uğrunda" bu gün Rustaveli prospektində toplaşacaq və yürüş keçirəcək.

Gürcüstan mətbuatı xəbər verir ki, yürüş çərçivəsində gənclər vətəndaşları seçkilərdə iştirak etməyə çağıracaqlar.

Aksiya saat 7-də parlamentin qarşısında başlayacaq.

"Bu gün, həlledici seçki ərəfəsində, Rustavelidə toplaşırıq və yürüş vasitəsilə bir daha həmvətənlərimizi seçkilərdə iştirak etməyə və ölkənin demokratik, Avropa gələcəyini qorumaq üçün həlledici səs hüququndan istifadə etməyə çağırırıq!" , – deyə aksiya təşkilatçılarının bəyanatında qeyd olunub.

Cavid