Bursada şagirdlər terroru lənətləmək üçün yürüş keçirib Dünya

Bursada şagirdlər terroru lənətləmək üçün yürüş keçirib

Türkiyənin Bursa şəhərində TUSAŞ-a qarşı törədilən terror aktını lənətləmək üçün şagirdlər küçələrə axışıb.

Xalqcebhesi.az xəbər verir ki, bu haqda Türkiyənin “ensonhaber.com” saytı məlumat paylaşıb.

Məlumatda deyilir ki, terrora qarşı birləşən Altınşəhər Məktəb şagirdləri 500 metrəlik Türkiyə bayrağı ilə yürüş ediblər. Yüzlərlə şagird terroru lənətləyib, bayraq yürüşü ilə bütün ölkəyə birlik mesajı verib.

Bildirək ki, onların bu yürüşü vətəndaşların da böyük marağına səbəb olub.