"Müxalifət inqilabi hərəkətlərə hazırlaşır" Dünya

"Müxalifət inqilabi hərəkətlərə hazırlaşır"

Müxalifəti oktyabrın 26-da keçiriləcək parlament seçkilərinin nəticələri elan olunduqdan dərhal sonra inqilabi hərəkətlərə hazırlaşır.

Bunu parlamentin sədri Şalva Papuaşvili brifinqdə deyib.

O, qeyd edib ki, bu planın bir hissəsi seçkilərin qeyri-legitim elan edilməsi və yeni parlament seçkiləri keçirilənə qədər müvəqqəti hökumətin formalaşdırılmasıdır.

Spikerin sözlərinə görə, müxalifət 2020-ci ildə keçirilmiş parlament seçkilərinin ssenarisinin təkrarını hazırlayır, o zaman qeyri-hökumət təşkilatları tərəfindən səslərin hesablanmasında saxtakarlığa yol verilməsi nəticəsində müxalifət seçkiləri etibarsız elan etmişdi, lakin hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası bu çirkin maxinasiyanı sübut etməyə müvəffəq oldu.

Cavid