İran Rusiyadan S-400 və Su-35 tələb edir Dünya

İran Rusiyadan S-400 və Su-35 tələb edir

Rusiyadan S-300 və S-400 zenit-raket komplekslərini İrana təhvil verməsini istəyirik.

Xalqcebhesi.az xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Mənuçöhr Möttəki deyib.

O, Rusiyanı zenit-raket komplekslərinin tədarükü ilə bağlı müqaviləyə əməl etməyə çağırıb.

Qeyd edək ki, bir neçə ildir İran tərəfi S-400 zenit-raket komleksi və Su-35 qırıcılarının Tehrana veriləcəyi barədə iddialar irəli sürsə də, bu, indiyə kimi baş tutmayıb.