İsrail XİN: Quterreş müharibə cinayətlərinə ortaqdır Dünya

İsrail XİN: Quterreş müharibə cinayətlərinə ortaqdır

İsraildə persona non-qrata (arzuedilməz şəxs) elan edilmiş BMT-nin baş katibi Antonio Quterreş, ikiüzlülük və laqeydlikdə yeni səviyyəyə çatıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri İsrael Kats “X” platformasındakı paylaşımında bildirib.

“Dünən gecə o, Qəzzada İsrail Müdafiə Qüvvələri tərəfindən BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) həmkarının zərərsizləşdirilməsinə təəssüflənib. Tam olaraq o, kimə yas tutur? 7 oktyabr hücumunda HAMAS-ın Bureyc batalyonunda Nuxba komandiri kimi xidmət etmiş Məhəmməd Əbu Attavi üçün?" - İsrail XİN rəhbəri paylaşımında bildirib.

"Quterreş və BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) müharibə cinayətlərinə ortaqdır", - o, vurğulayıb.