Rusiyada qalmaqallı yeyinti: iki erməniyə də ittiham verildi Dünya

Rusiyada qalmaqallı yeyinti: iki erməniyə də ittiham verildi

13:50

Moskvanın Nikulinski Məhkəməsi Rusiya Federasiyası Energetika Nazirliyinin rəis müavini Sergey Moçalnikovun rentabelli olmayan mədənlərin ləğvi zamanı vəsaitlərin oğurlanması ilə bağlı cinayət işi üzrə daha iki nəfəri həbs edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məhkəmə istintaqın vəsatətini təmin edərək, Əseldir Rəcəbov və Natalya Koneva barəsində dekabrın 24-dək həbs qətimkan tədbiri seçib.

İşdə həmçinin Energetika Nazirliyinin rəis müavini Sergey Moçalnikov, Energetika Nazirliyinin keçmiş rəis müavinləri Anatoli Yanovski, Robert Şaginyan, QURŞ Federal Dövlət Büdcə İdarəsinin baş direktoru Andrey Moiseyenkov, “Şaxtastroy” şirkətinin sahibi Oleq Fokin, “Eurostroy” şirkətinin direktoru və təsisçisi Civan Barbaryan da təqsirləndirilir.

Müstəntiqlərin fikrincə, təqsirləndirilən şəxslər perspektivsiz və rentabelli olmayan kömür şaxtalarının və açıq mədənlərin ləğvi üçün işlərə ayrılmış büdcə vəsaitlərini sistemli şəkildə oğurlayıblar. İlkin hesablamalara görə, onlar 76,6 milyon rubl oğurlayıblar.