Rusiya XİN-dən Fransaya: Bizsiz bu problem həll edilə bilməz! Dünya

Rusiya XİN-dən Fransaya: Bizsiz bu problem həll edilə bilməz!

Fransa Rusiyanı Livanla bağlı konfransa dəvət etməməklə Yaxın Şərq problemlərinin Moskvasız həll edilə bilməyəcəyinə məhəl qoymur.

Baymedia.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Parisdə Livanla bağlı konfransı şərh edərkən deyib.

"Fransızların seçdiyi metodologiya ciddi suallar doğurur ki, Paris bu forumu çağırarkən həqiqətən nəyi rəhbər tutub - Livanda sülh maraqları, yoxsa onun antirusiya kursunun ictimai nümayişi? Eyni zamanda, tarixi təcrübə tamamilə nəzərə alınmır: Yaxın Şərq problemlərinin kompleksi Rusiyasız həll edilə bilməz.

Paris üçün Yaxın Şərqdə sülhün bərqərar olması və mülki əhalinin iztirablarına son qoymaq üçün bütün imkanlardan istifadə edərək özünü beynəlxalq münasibətlərdə məsuliyyətli və qərəzsiz iştirakçı kimi göstərməkdənsə, Rusiyaya hörmətsizlik nümayiş etdirmək daha vacibdir”, - Zaxarova qeyd edib.