PKK-nın 34 hədəfi vuruldu: 30 terrorçu məhv edildi Dünya

PKK-nın 34 hədəfi vuruldu: 30 terrorçu məhv edildi

Ötən gün axşam saatlarında Türkiyə ordusu 30 PKK terrorçusunu məhv edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi açıqlama verib.

Məlumata görə, Türkiyə ordusu İraqın şimalında Hakurk, Qara, Qəndil və Sincar bölgələrində 34 terror hədəfinə qarşı həyata keçirilən hava əməliyyatlarında 30 PKK terrorçusunu zərərsizləşdirib.