Ərdoğandan sifariş aldıq, ikincisi inşa ediləcək - Rosatom Dünya

Ərdoğandan sifariş aldıq, ikincisi inşa ediləcək - Rosatom

“Rosatom” Prezident Rəcəb Tayyib Ərdoğandan Türkiyədə Sinop ərazisində ikinci atom elektrik stansiyası tikmək təklifi alıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə “Rosatom”un rəhbəri Aleksey Lixaçev RT-yə müsahibəsində bildirib.

“Ərdoğan bizə etdiyi bu təklifi rusiyalı həmkarı Vladimir Putinlə müzakirə edib.

Biz hazırda Türkiyədə, Sinop ərazisində mövcudluğumuzun mümkün genişləndirilməsi ilə bağlı hökumət səviyyəsində məsləhətləşmələr aparırıq”, - deyə o bildirib.