İran İsrailin aviazərbələrindən 20 hərbi obyektin dağıldığını təkzib edib Dünya

İran İsrailin aviazərbələrindən 20 hərbi obyektin dağıldığını təkzib edib

İran hökuməti İsrailin aviazərbələrindən 20 hərbi obyektin dağıldığı barədə xəbərləri təkzib edib.

APA xəbər verir ki, bu barədə “Tasnim” Agentliyi məlumat yayıb.
Qeyd olunub ki, bir qədər əvvəl “The New York Times“ nəşrinin hava əməliyyatında “F-35” də daxil olmaqla, 100 ədəd İsrail qırıcısının iştirakı ilə bağlı yaydığı informasiya da həqiqətə uyğun deyil:

“Aviazərbələrdən zərər çəkən nöqtələrin sayı dəfələrlə azdır. İsrail tərəfi belə məlumatları yaymaqla hücum cəhdinin zəif olması ilə bağlı həqiqətləri gizlətməyə çalışır”.