30 nəfərlik qrup məntəqələrdə insanları döyür - Mdinaradze Dünya

30 nəfərlik qrup məntəqələrdə insanları döyür - Mdinaradze

30 və daha çox adamdan ibarət qrup Tiflisdə seçki məntəqələrinə gedib, insanları döyür.

Xalqcebhesi.az xəbər verir ki, bunu hakim Gürcü Arzusu - Demokratik Gürcüstan Partiyasının icraçı katibi Mamuka Mdinaradze keçirdiyi brifinqdə deyib.

Mdinaradzenin sözlərinə görə, bunlar müxalifət partiyalarına yaxın adamlardır:

“Son saat yarım ərzində 30 və bəlkə də daha çox adamdan ibarət qrup İsanidə hərəkət edir, kimliyindən asılı olmayaraq, oradakı insanlara fiziki güc tətbiq edirlər ki, iğtişaş görüntüsü yaransın”.

O bildirib ki, iğtişaşlar müxalifət telekanallarının nümayəndələri həmin şəxslərin yerləşdiyi yerə gələndə başlayır.

Qeyd edək ki, bu gün Gürcüstanda parlament seçkiləri keçirilir.