Almaniya şirkəti Ukraynada hərbi zavodlar tikir Dünya

Almaniya şirkəti Ukraynada hərbi zavodlar tikir

Almaniyanın “Rheinmetall” korporasiyası Ukraynada 4 ədəd hərbi təyinatlı zavod tikir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə “Unian” məlumat verib.

Hərbi təyinatlı nəqliyyat vasitələri istehsal edən zavodlardan biri artıq fəaliyyətə başlayıb. Korporasiyadan verilən məlumata görə, müəssisələrdən ikincisi hava hücumundan müdafiə sistemlərinin istehsalını həyata keçirəcək.

Qeyd olunub ki, bu ilin sonuna qədər Ukrayna ilk ultra-müasir “Lynx” piyada döyüş maşınına sahib ola biləcək.