Rusiya ordusu Qornyak kəndini də işğal etdi Dünya

Rusiya ordusu Qornyak kəndini də işğal etdi

Ukraynanın Donetsk bölgəsinin Qornyak kəndi Rusiya hərbçiləri tərəfindən işğal olunub.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "dxr"in rəhbəri Denis Puşilin məlumat verib.

O bildirib ki, 114-cü briqadanın əsgərləri Qornyakda binalardan birinə bayraq sancıblar.

Puşilinin sözlərinə görə, Rusiya tank bölmələri hücum qruplarının dəstəyi ilə bu istiqamətdə Ukrayna Silahlı Qüvvələrinin müdafiəsini uğurla keçərək düşmənin böyük cəmləşmiş şəxsi heyətinə ağır zərbələr endirib.