Gürcüstanda səslər sayılır – Orban artıq təbrik yazdı Dünya

Gürcüstanda səslər sayılır – Orban artıq təbrik yazdı

Macarıstanın Baş naziri Viktor Orban hakim Gürcü Arzusu Partiyasını parlament seçkilərində qazandığı qələbə münasibətilə təbrik edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Orban sosial şəbəkə hesabında yazıb.

“Mən Baş nazir İrakli Kobaxidzeni və Gürcü Arzusu Partiyasını bugünkü parlament seçkilərində qazandıqları inamlı qələbə münasibətilə təbrik edirəm. Gürcüstan xalqı öz ölkələri üçün nəyin yaxşı olduğunu bilir və bu gün onların səsi eşidilir”, - Orban bildirib.

Qeyd edək ki, Gürcüstan MSK-sının rəsmi açıqlamasına görə, səslərin 69,94%-i sayılandan sonra Gürcü Arzusu 52,98 faiz səslə ən yaxın rəqibi Dəyişiklik üçün Koalisiyanı (11,99%) kəskin fərqlə üstələyir.