160 min insan, 1900 tikinti sahəsi... - Ərdoğan Dünya

160 min insan, 1900 tikinti sahəsi... - Ərdoğan

Türkiyədə təbii fəlakət zonasının bir sakini də evsiz qalmayacaq.

Xalqcebhesi.az xəbər verir ki, bu sözləri Prezident Rəcəb Tayyib Ərdoğan 2023-cü ilin fevralında baş vermiş zəlzələlərdən zərər çəkmiş Hatay vilayətinin daha bir qrup sakininə mənzillərin verilməsi ilə bağlı mərasimdə bildirib.

Prezident xatırladıb ki, dağıdıcı zəlzələdən 3 ay sonra Türkiyədə 180 min obyektin tikintisinə başlanılıb:

“Ölkəmizin vilayətləri dünyanın ən böyük tikinti meydançasına çevrilib və bu gün burada 160 min nəfərin çalışdığı 1900 tikinti sahəsində işlər davam etdirilir”.

Türkiyə liderinin sözlərinə görə, 2025-ci ilin sonuna kimi ötənilki təbii fəlakətdən zərər çəkmiş 11 vilayətdə ümumilikdə 452 min 958 yaşayış, ticarət və biznes obyekti istifadəyə veriləcək:

“Biz fəxr edirik ki, Türkiyədə zəlzələ bölgəsində artıq 130 min ev tikilib”.