Gürcü Arzusundan nəticələrə ilk reaksiya: Narazıdır… Dünya

Gürcü Arzusundan nəticələrə ilk reaksiya: Narazıdır…

Gürcüstanın hakim partiyası Gürcü Arzusu – Demokratik Gürcüstan parlament seçkilərində qələbə qazanmasına baxmayaraq, ilkin hesablamalara görə, parlamentdə 90-91 mandat alacaq.

Xalqcebhesi.az xəbər verir ki, bu sözləri partiyanın icraçı katibi Mamuka Mdinaradze brifinqdə deyib.

“Səmimi şəkildə deməliyəm ki, biz bir az daha çox gözləyirdik”, - o nəticələr haqda vurğulayıb.

Qeyd edək ki, ötən parlamentdə Gürcü Arzusunun 84 deputatı vardı.

Hazırda səslərin 69,94%-i sayılıb. İndiki nəticələrə görə, Gürcü Arzusu 52,98% səslə liderdir. Birlik – Milli Hərəkat koalisiyası – 9,08%, Dəyişiklik üçün Koalisiya 11,99% səs toplayıb.