İsrail İraq ərazisindən İrana zərbə endirib - Baş qərargah Dünya

İsrail İraq ərazisindən İrana zərbə endirib - Baş qərargah

İsrail İrana hücum etmək üçün ABŞ-ın nəzarətində olan İraq ərazisindən istifadə edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi İran silahlı qüvvələrinin baş qərargahına istinadən məlumat yayıb.

Baş Qərargahın bildirdiyinə görə, İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri oktyabrın 26-da səhər saatlarında İran sərhədinin 100 kilometrliyində İraqda ABŞ ordusunun nəzarəti altında olan ərazilərdən istifadə edərək açıq “təcavüz” nümayiş etdirib və beynəlxalq hüququ pozub.