Filippində qasırğa: ölənlərin sayı 110-a çatdı Dünya

Filippində qasırğa: ölənlərin sayı 110-a çatdı

Filippinin şimalındakı Luzon adasında baş verən “Trami” tropik qasırğası nəticəsində ölənlərin sayı 110 nəfərə çatıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Filippin Fövqəladə Hallar Agentliyi məlumat yayıb.

Qasırğa nəticəsində azı 42 nəfər itkin düşüb.

Luzon adasında məktəblər və dövlət idarələri fəaliyyətini dayandırıb. Daimi uçuşların ləğvi də daxil olmaqla, nəqliyyat infrastrukturu işləmir. Təxminən on minlərlə insan limanlarda qalır.