Müxalif partiya deputat mandatından imtina etdi Dünya

Müxalif partiya deputat mandatından imtina etdi

Gürcüstanda keçirilən parlament seçkilərinin nəticələrini tanımayan müxalif “Dəyişiklik Koalisiyası” deputat mandatlarından və dövlətin maliyyələşdirilməsindən imtina edir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə siyasi birliyin bəyanatında deyilir.

"Dəyişiklik Koalisiyası” deputat mandatlarından, imtiyazlardan və maliyyələşmədən imtina edir”, - məlumatda bildirilir.

Qeyd edək ki, ötən gün keçirilən seçkilərdə hakim Gürcü Arzusu Partiyası 54,2% səslə qalib gəlib.