Zaxarova: Rusiya Poznandakı Baş Konsulluğunun bağlanması ilə bağlı düşmən addıma mütləq cavab verəcək Dünya

Zaxarova: Rusiya Poznandakı Baş Konsulluğunun bağlanması ilə bağlı düşmən addıma mütləq cavab verəcək

Rəsmi Moskva Polşanın Poznan şəhərindəki Rusiya Baş konsulluğunu bağlamasını düşmən addım adlandırıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ölkəsinin Polşanın bu addımına mütləq cavab verəcəyini bildirib.

Zaxarova deyib ki, Rusiya Federasiyası Poznandakı Baş Konsulluğunun bağlanması ilə bağlı Polşanın düşmən addımına mütləq cavab verəcək. Onun sözlərinə görə, cavab ictimai şəkildə elan ediləcək.

Qeyd edək ki, rəsmi Varşava Polşanın Poznan şəhərindəki Rusiya konsulluğunun bağlandığını, konsulluğun oktyabrın 30-dək fəaliyyət göstərəcəyini açıqlayıb.