Akardan S-400-lərlə bağlı açıqlama: Gizlidir! Dünya

Akardan S-400-lərlə bağlı açıqlama: Gizlidir!

S-400 sistemləri regional hava hücumundan müdafiə sistemidir. Türkiyəyə hava hücumu və ya raket hücumu olubmu? Bundan sonra sözügedən sistemləri harada istifadə edəcəyik? Bu, əlbəttə ki, gizlidir. Bunu izah etməyin mənası yoxdur.

Xalqcebhesi.az xəbər verir ki, bunu Türkiyənin sabiq milli müdafiə naziri, millət vəkili Hulusi Akar S-400 sistemlərinin alınmasını tənqid edənlərə cavab olaraq deyib.

“Türkiyə müstəqil dövlət olaraq buna qərar verdi və S-400-ləri aldı. Bu sistemdən müstəqil olaraq istifadə edilə bilərik. Bu, NATO üçün problem yaratmayacaq”, - Akar əlavə edib.