Putin bu türk ölkəsinə səfərə hazırlaşır: tarix bəllidir... Dünya

Putin bu türk ölkəsinə səfərə hazırlaşır: tarix bəllidir...

Hazırda Kreml Rusiya Prezidenti Vladimir Putinin Qazaxıstana səfərinə hazırlaşır.

Xalqcebhesi.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-a bildirib.
Peskov belə bir səfərin həqiqətən də gözlənildiyi sualına cavab olaraq deyib:

“Səfər həqiqətən də fəal şəkildə hazırlanır. Tarixlər barədə sizə vaxtında məlumat verəcəyik".

Qeyd edək ki, KazTAG agentliyi də Rusiya və Qazaxıstan arasında əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın protokoluna əsasən, Putinin noyabrın 27-də bu ölkəyə dövlət səfəri edəcəyini bildirib.