Rusiyanın bu vilayətinə diversantlar hücum etdi Dünya

Rusiyanın bu vilayətinə diversantlar hücum etdi

Rusiyanın Bryansk vilayətinə daxil olmağa cəhd edən 4 diversant öldürülüb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rusiya FTX-nin (FSB) mətbuat xidməti məlumat yayıb.

"Oktyabrın 27-də Rusiya FTX-nin Bryansk vilayəti üzrə sərhəd idarəsinin əməkdaşları Rusiya Silahlı Qüvvələri və Milli Qvardiyanın bölmələri ilə birlikdə Klimovski rayonunda Rusiyanın dövlət sərhədini pozmaq cəhdinin qarşısını alıblar", - məlumatda vurğulanıb.

Kəşfiyyat xidmətinin məlumatına görə, təxribat qrupunun öldürülən üzvlərinin xarici muzdlular olduğu ehtimal edilir:

“Məhv edilənlərin üzərindən xarici silahlar, avadanlıqlar, rabitə vasitələri, habelə onların üçüncü ölkələrə aid olduğunu göstərən şəxsi əşyalar (Kanada bayrağı, polyak dilində dua kitabı, ingilis dilində taktiki hazırlığa dair qeydlər olan dəftər) aşkar edilib".