Sandu Zurabişviliyə zəng etdi, dəstək verdi Dünya

Sandu Zurabişviliyə zəng etdi, dəstək verdi

Moldova Prezidenti Maya Sandu gürcüstanlı həmkarı Salome Zurabişvili ilə telefon danışığı aparıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Sandu X hesabında məlumat paylaşıb.

"Mən indicə Salome Zurabişvili ilə Gürcüstandakı seçkilərlə bağlı danışdım. Moldova azadlıq, demokratiya və Avropanın gələcəyi uğrunda mübarizə aparan bütün gürcüləri dəstəkləyir", - Sandu bildirib.

Məlumata görə, Zurabişvili və Sandu telefon söhbətində oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkilərini müzakirə ediblər. Zurabişvili bildirib ki, səslər Rusiyanın iştirakı ilə tamamilə saxtalaşdırılıb və o, nəticələri tanımaqdan imtina edib.

Qeyd edək ki, oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkilərində Gürcü Arzusu Partiyası 53.93 faiz səslə qalib gəlib. Müxalifət və Prezident Zurabişvili seçkinin nəticələrini tanımayıb.