Teraktdan sonra 213 terrorçu məhv edildi - Ərdoğan Dünya

Teraktdan sonra 213 terrorçu məhv edildi - Ərdoğan

Oktyabrın 23-də törədilən terror aktından sonra ümumilikdə 213 terrorçu məhv edilib.

Xalqcebhesi.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Ankarada törədilən terror aktından sonra Türkiyə ordusu tərəfindən İraqın şimalında və Suriyada 470-dən çox hədəf vurulub", - Ərdoğan bildirib.

Qeyd edək ki, Türkiyədə TUSAŞ-ın istehsal obyektində baş verən terrorda 5 nəfər həlak olub, 22 nəfər yaralanıb.