Rusiya Arktika ilə bağlı məlumatları gizlədir? - XİN Dünya

Rusiya Arktika ilə bağlı məlumatları gizlədir? - XİN

Rusiyanın Arktika ilə bağlı məlumatları gizlətməsi haqda xarici KİV-lərin dərc etdiyi məlumatlar absurd və əsassızdır.

Xalqcebhesi.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

"Bəzi xarici KİV-lər tərəfindən Rusiyanın Arktikadakı iqlimlə bağlı hər hansı məlumatı “gizlətməsi” barədə məlumatlar absurddur və tamamilə əsassızdır. Bildiyiniz kimi, məhz Qərbi Arktika ölkələri 2022-ci ilin yazında Arktikada beynəlxalq əməkdaşlığa mane olmağa çalışdılar", - Zaxarova söyləyib.

Qeyd edək ki, daha öncə “Faynənşl Tayms” qəzeti alyansdakı mənbələrə istinadən yazıb ki, Rusiya Arktika regionunda iqlim tədqiqatları aparmaq üçün lazımi məlumatları vermir.