BRİKS Türkiyənin maraqlarına cavab verir - Ərdoğan Dünya

BRİKS Türkiyənin maraqlarına cavab verir - Ərdoğan

BRİKS ölkələri ilə əlaqələrin inkişafı bütün sahələrdə Türkiyənin maraqlarına cavab verir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada hökumətin iclasından sonra keçirilən brifinqdə bildirib.

BRİKS-in Kazanda keçirilən XVI sammitində iştirakının nəticələrini şərh edən Türkiyə dövlətinin başçısı təşkilata üzv ölkələrin malik olduğu potensiala diqqət yönəldib.

“Planetin ərazisinin 30 faizi və dünya əhalisinin 45 faizi BRİKS ölkələrinin payına düşür. Bu ölkələrdə dünya neftinin 40 faizi istehsal edilir. Dünya ticarətinin beşdə ikisini bu dövlətlər həyata keçirir. Əminəm ki, bundan sonra da iqtisadi artıma can atan Türkiyə üçün BRİKS platforması böyük imkanlar açacaq”, - deyə Türkiyə lideri BRİKS ölkələri ilə “əməkdaşlıq üçün geniş imkanların mövcud olduğunu” qeyd edib.