İstanbulda terror əməliyyatı Dünya

İstanbulda terror əməliyyatı

İstanbulda terror təşkilatı PKK-ya qarşı həyata keçirilən sübh əməliyyatında 18 şübhəli saxlanılıb.

Xalqcebhesi.az xəbər verir ki, bu haqda Türkiyənin “Yeniçağ Gazetesi” yazıb.

Xəbərdə bildirilir ki, İstanbul Respublika Baş Prokurorluğunun başlatdığı istintaqın ardından əməliyyat təşkil edilib. PKK/KCK terror təşkilatının fəaliyyətinin üzə çıxarılması və təhdid xarakterli zorakılıq hərəkətlərinin qarşısının alınması məqsədi ilə həyata keçirilən əməliyyatda sözdə gənclər birliklərinə bağlı şübhəlilərin yol bağlanması, yürüş, molotovlu hərəkət şəklində küçə etirazları axtarışında olduqları müəyyən edilib. Aparılan araşdırmalarda təşkilatın sözdə siyasi sahə strukturunun (KCK/TDÖ) fəaliyyətlərinin deşifrə edilməsindən sonra İstanbul Təhlükəsizlik Müdirliyi TEM Şöbə Müdirliyi qrupları tərəfindən 25 şübhəlinin tutulması üçün eyni vaxtda sübh əməliyyatı təşkil edilib.

Əməliyyat zamanı 18 şübhəli nəzarətə alınarkən, digər şübhəlilərin tutulması üçün işlərin davam etdiyi öyrənilib.