Nazirdən TUSAŞ terrorunda yaralananlarla bağlı açıqlama Dünya

Nazirdən TUSAŞ terrorunda yaralananlarla bağlı açıqlama

Türkiyənin səhiyyə naziri Kamal Məmişoğlu AK Partiya Türkiyə Böyük Millət Məclisi (TBMM) Qrup Toplantısı öncəsi mətbuat mənsublarının suallarını cavablandırıb.

Xalqcebhesi.az-ın xəbərinə görə, bu haqda Türkiyənin “trthaber.com” saytının yaydığı məlumatda deyilir.

Məlumatda qeyd olunur ki, nazir TUSAŞ müdafiə müəssisəsinə qarşı törədilən terror aktı nəticəsində yaralananların vəziyyəti ilə bağlı açıqlama verərək hazırda onların vəziyyətinin yaxşı olduğunu deyib: “Ağır vəziyyətdə və reanimasiyada olan yaralımızın da müalicəsi yaxşı gedir. Ümumi vəziyyəti yaxşıdır, şüuru açıqdır. İnşallah tezliklə hamısını evə buraxacağıq”.