Argentinanın XİN rəhbəri Mondino Kubanı dəstəklədiyi üçün vəzifəsindən azad edilib Dünya

Argentinanın XİN rəhbəri Mondino Kubanı dəstəklədiyi üçün vəzifəsindən azad edilib

Argentina prezidenti Xavyer Miley xarici işlər naziri Diana Mondinonu vəzifəsindən azad edib.

APA xəbər verir ki, buna səbəb Argentinanın BMT-də Kubaya tətbiq edilən embarqonun ləğvini dəstəkləməsi olub.

BMT Baş Assambleyası çərşənbə günü ABŞ-ı Kubaya qarşı iqtisadi, ticarət və maliyyə sanksiyalarını ləğv etməyə çağıran qətnaməni 32-ci dəfə qəbul edib. Qətnaməni 187 ölkə dəstəkləyib.

Prezidentin sözçüsü bildirib ki, ölkənin ABŞ-dakı səfiri Xerardo Verteyn Argentinanın Xarici İşlər Nazirliyinin yeni rəhbəri olub.