"Qərb dezinformasiyanın əsas mənbəyidir" Dünya

"Qərb dezinformasiyanın əsas mənbəyidir"

Rusiyanın xarici işlər naziri Sergey Lavrov MDBMİ-də keçirilən “Rəqəmsal beynəlxalq münasibətlər 2024” beynəlxalq konfransının təşkilatçıları və iştirakçılarına videobağlantı vasitəsilə müraciət edərək bildirib ki, kollektiv Qərb kompüter hücumları və dezinformasiyanın əsas mənbəyidir.

Onun sözlərinə görə, bütün bunlar “ölkəmizin kritik infrastruktura zərər vurmaq məqsədi daşıyan rəqəmsal məkanına zərərli müdaxilə cəhdlərinin sayının artmasında özünü göstərir”.

Eyni zamanda, Lavrov hesab edir ki, dezinformasiya “Rusiya əhalisinə informasiya və psixoloji təsir məqsədi ilə” yayılır, Qərb isə “beynəlxalq informasiya məkanında öz icazəliliyini qorumaq” məqsədini güdür.

Cavid