TUSAŞ terrorunu törədənlərin yeni görüntükləri ortaya çıxıb Dünya
Ankarada TUSAŞ müdafiə müəssisəsinə terror aktını təşkil edən iki PKK üzvü - "Rojger" kod adlı Əli Örək və Minə Sevjin Alçiçəyin İliç və ya Kemaliye rayonundan Divriğiyə keçdikləri düşünülərkən, onların Divriğidən Kanqala keçib orada yemək yedikdən sonra 12 min lirəyə kirayə götürdükləri taksi ilə Ankaraya getdikləri müəyyən edilib.
Xalqcebhesi.az-ın Türkiyənin “haberglobal.com.tr” saytına istinadən verdiyi xəbərinə görə, terrorçular hücumdan əvvəl qaçırdıqları başqa taksi ilə TUSAŞ-a gediblər. İki terrorçunun görüntüləri hadisədən bir gün əvvəl Kanqal rayonunda bir iş yerinin təhlükəsizlik kamerasına düşüb.
Digər tərəfdən, Türkiyənin daxili işlər naziri Əli Yerliqaya ötən həftə verdiyi açıqlamada terrorçuların paramotor ilə hərəkət etmiş ola biləcəyini bildirib. Bellərindəki çantanın içində bomba olduğu düşünülən terrorçuların Kanqalda kirayə götürdükləri taksi sürücüsünün gözaltında olduğu öyrənilib.
Qeyd edək ki, terrorçuların Divriği və Kanqal rayonlarında hərəkətləri və əlaqə saxladıqları şəxslər dərindən araşdırılır.