“FETÖ yetişdirməsi” demək cinayət deyil Dünya
Türkiyəli jurnalist İsgəndər Baydar ilə Rasim Ozan Kütahyalı arasında olan dava yekunlaşıb. İ.Baydar sosial media hesabında RO.Kütahyalı ilə bağlı: “Tam bir FETÖ yetişdirməsi… Ahmet Altanın köşə yazarı. Hələ də ortalıqdadırsa, FETÖ ilə mübarizə hekayədir" yazmışdı.
Xalqcebhesi.az Türkiyənin “sozcu.com.tr” saytına istinadən xəbər verir ki, daha sonra bu ifadələrə görə R.O.Kütahyalı İ.Baydardan şikayət edib. Bu gün keçirilən məhkəmədə prokuror İ.Baydarın təhqirə görə cəzalandırılmasını istəyib. Lakin məhkəmə heyəti İ.Baydara bəraət verib və bu ifadələrin cinayət sayıla bilməyəcəyinə hökm verib.
Vəkil İsmail Emre Telci açıqlamasında, “Müvəkkilim Rasim Ozan Kütahyalıya “FETÖ yetişdirməsi” dediyi üçün etdiyi şikayət əsasında prokurorluq tərəfindən iddia qaldırılmışdı. Beləliklə, biz arxivə endik və sübut etdik ki, R.O.Kütahyalı özünə FETÖ yetişdirməsi deyilməsi ilə fəxr edir. Bəraət hökmünün çıxarılmasından məmnunuq” - deyə bildirib.
İ.E.Telci R.O.Kütahyalının “Sabah” qəzetində yazdığı köşə yazısını misal çəkdi. Kütahyalı həmin yazıda “Hətta hökumətin bir naziri mənə dedi ki, “Biz də sizi Fətullah Gülənin xüsusi yetişdirdiyi bir adam kimi tanıyırdıq. Bu sözlər məni heç vaxt narahat etməyib” deyə qeyd edib.