LGBT haqqında qanunu ləğv etməyəcəyik - Mdinaradze Dünya
Ölkənin Avropaya inteqrasiyasını çətinləşdirsə belə, hakim Gürcü Arzusu - Demokratik Gürcüstan Partiyası LGBT təbliğatını qadağan edən qanunu ləğv etməyəcək.
Xalqcebhesi.az xəbər verir ki, bunu partiyanın icraçı baş katibi Mamuka Mdinaradze deyib.
“2 və ya 3 il gecikmək bizim üçün daha yaxşıdır, amma LGBT təbliğatına qarşı qanunu heç vaxt ləğv etməyəcəyik”, - Mdinaradze bildirib.