Kiyev Trampın mümkün qələbəsinə qumar kimi baxır Dünya

Kiyev Trampın mümkün qələbəsinə qumar kimi baxır

Ukraynada Donald Trampın mümkün ikinci prezidentlik müddəti “kazinoya səyahət” hesab olunur, çünki onunla Kiyev ya əhəmiyyətli fayda əldə edə, ya da hər şeyi itirə bilər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə “Qardian” qəzeti Ukrayna təhlükəsizlik güclərindəki mənbəyə istinadən məlumat yayıb.

“Hamı başa düşür ki, Ukrayna Trampı heç maraqlandırmır və onun prezidentliyi Kiyev üçün “kazinoya səfər” olacaq: ya qazana, ya da hər şeyi itirə bilərik”, - mənbə bildirib.

O əlavə edib ki, hazırda Ukraynada hamı yorulub, bəzi insanlar isə riskə getməyə hazırdır.