Akopyan bir şam yeməyində 62 milyon yığdı Dünya

Akopyan bir şam yeməyində 62 milyon yığdı

Xəbər verdiyimiz kimi, Ermənistan Baş nazirinin arvadı Anna Akopyan “uğurlu iş adamları” ilə şam yeməyi keçirib. Hər bir şəxs bu ziyafətə qatılmaq üçün 1 milyon dram vəsait ödəməliydi.

Xalqcebhesi.az xəbər verir ki, Mənim Addımım Fondu Akopyanla şam yeməyi nəticəsində 62 milyon dram pul yığıldığını açıqlayıb.

Fond elan edib ki, vəsait kiçik biznesin inkişafına yardım məqsədlidir.