İsrail HƏMAS-ın sonuncu liderini də məhv etdi Dünya
İsrail hərbçiləri Qəzza zolağında HƏMAS hərəkatının Siyasi Büro üzvlərindən biri İzzəddin Kassabı öldürüb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, o, İsrail Hərbi Hava Qüvvələrinin kəşfiyyat məlumatları əsasında həyata keçirdiyi dəqiq zərbə nəticəsində anklavın cənubundakı Xan Yunis şəhəri yaxınlığında məhv edilib.
"Kassab Qəzza zolağında HƏMAS-ın siyasi bürosunun sağ olan sonuncu yüksək rütbəli üzvlərindən biri olub. Onunla yanaşı köməkçisi Ayman Ayeş də məhv edilib", - deyə bildirilib.