Anar Ələkbərov Klaudio Qucerotti ilə görüşdü - Foto
4 Noyabr 21:31
4 Noyabr 21:31
4 Noyabr 20:01
4 Noyabr 16:23
Türkiyənin DEM Partiyasının Mardin Böyükşəhər, Batman və Halfeti bələdiyyə sədrləri terror əlaqələri səbəbi ilə vəzifələrindən uzaqlaşdırılıblar.
Xalqcebhesi.az xəbər verir ki, bu haqda Türkiyənin “yenisafak.com” saytı xəbər paylaşıb.
Xəbərdə qeyd edilir ki, Batman Bələdiyyə başçısı Gülistan Sönükün yerinə müvəqqəti olaraq Batman valisi Əkrəm Canalp təyin edilib. Batman Bələdiyyəsinə qəyyum təyin edilməsi nəticəsində binaya daxil olmaq istəyən DEM Partiyası üzvləri ajiotaj yaradıb. Bələdiyyə binasına daxil olmaq istəyən DEM üzvlərinin başlatdığı dava nəticəsində 1 polis əməkdaşı yaralanıb, 2 nəfər saxlanılıb. Digər tərəfdən jandarma və polis qrupları bələdiyyə qarşısında geniş təhlükəsizlik tədbirləri görüb.
Batman Bələdiyyə başçısı G.Sönükün Batman 2-ci Ağır Cəza Məhkəməsinin 2023/70 saylı sənədinə əsasən 'silahlı terror təşkilatına üzv olmaq' ittihamı ilə 6 il 3 ay həbs cəzası alması, Batman Respublika Baş Prokurorluğunun 2023/14816 saylı əsas istintaqı çərçivəsində "silahlı terror təşkilatının təbliğatını aparmaq" cinayəti ilə bağlı davam edən istintaq və Batman Respublika Baş Prokurorluğunun 2024/7894 saylı istintaqı çərçivəsində 'silahlı terror təşkilatına üzv olmaq' cinayəti ilə bağlı davam edən istintaqı səbəbi ilə G.Sönükun Konstitusiyanın 127-ci maddəsi və 5393 saylı Bələdiyyə Qanununun 47-ci maddəsinə əsasən Daxili İşlər Nazirliyi tərəfindən müvəqqəti olaraq vəzifəsindən uzaqlaşdırıldığı açıqlanıb.