Anar Ələkbərov Klaudio Qucerotti ilə görüşdü - Foto
4 Noyabr 21:31
4 Noyabr 21:31
4 Noyabr 20:01
4 Noyabr 16:23
Tehran və Ankara Rusiya sərhədçilərinin geri çəkiləcəyi təqdirdə Ermənistanla sərhədin delimitasiyasını tələb edə bilər.
Xalqcebhesi.az xəbər verir ki, bunu erməni politoloq Suren Surenyants deyib.
“Vətənpərvərlər deyəndə ki, tezliklə bütün sərhədlərimizi, o cümlədən İran və Türkiyə ilə olan sərhədləri özümüz qoruyacağıq, iki sual yaranır. Birincisi, Azərbaycanla sərhədin müdafiəsində problem yarananda biz hansı qüvvələrlə müdafiə edəcəyik? İkincisi, Ankara və Tehran bunu status-kvonun pozulması hesab edə bilərmi? Çünki indiyə qədər onlar bu sərhədləri Sovet sərhədi kimi qəbul edirdi, indi isə delimitasiya tələb edə bilərlər. Bu, asanlıqla baş verə bilər. Onda nə edəcəyik? Hətta Azərbaycanla belə bunu problemsiz həyata keçirmək mümkün deyil”, - o bildirib.