“Əl-Cəzirə”: İsrailin Qəzza xəstəxanasını vurması nəticəsində yeni doğulmuş körpələr yaralanıb Dünya

“Əl-Cəzirə”: İsrailin Qəzza xəstəxanasını vurması nəticəsində yeni doğulmuş körpələr yaralanıb

İsrail hərbçilərinin Qəzza zolağının şimalındakı Cəbəliyə qaçqın düşərgəsindəki xəstəxananı vurması nəticəsində ən azı 6 nəfər, o cümlədən yeni doğulmuş körpələr yaralanıb.

APA xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, İsrail ordusunun tibb müəssisəsinə hücumu nəticəsində xəstəxana rəhbərliyi uşaq şöbəsini təxliyyə etməli olub.

“İsrail təyyarələri və pilotsuz təyyarələrinin hücumu zamanı uşaq şöbəsinin binaları, o cümlədən inkubatorlar olan palata, uşaqlar və yeni doğulmuş körpələr, həmçinin bir sıra xəstəxana işçiləri yaralanıb”, - deyə məlumatda bildirilir.

Əldə olunan məlumata görə hücum zamanı reanimasiya avadanlıqları və inkubatorlar tamamilə yararsız vəziyyətə düşüb.