Çin Rusiya-Ukrayna münaqişəsinin həli ilə bağlı təklifini verib Dünya

Çin Rusiya-Ukrayna münaqişəsinin həli ilə bağlı təklifini verib

Çin digər ölkələrin müdaxiləsi olmadan Moskva və Kiyev arasında dialoqu dəstəkləyir.

Bunu “İzvestiya” qəzetinə Çinin Rusiya Federasiyasındakı səfiri Zhang Hanhui deyib.

"Biz Rusiya ilə Ukrayna arasında kənar müdaxilə olmadan dialoqun tərəfdarıyıq. Biz Rusiya Federasiyası ilə sıx əlaqə saxlayırıq. Biz həmçinin münaqişənin həlli üzərində işləyirik və bütün maraqlı tərəflərin danışa bilməsi üçün digər tərəflərlə əlaqə saxlayırıq. Düşünürəm ki, istənilən münaqişə yalnız danışıqlar yolu ilə bitəcək. Başqa çıxış yolu yoxdur”, o, nəşrə bildirib.

Səfir həmçinin qeyd edib ki, Ukrayna münaqişəsinin sülh yolu ilə həlli yollarını müzakirə etmək üçün Çin və Braziliya tərəfindən yaradılan “Sülh Dostları” platforması artıq əsasən qlobal cənub ölkələri arasında kifayət qədər sayda iştirakçı cəlb edib.

"Belə bir təşəbbüsün ilkin motivi bu münaqişənin sülh yolu ilə həllinə nail olmaqdır. İkincisi, bununla biz bütün inkişaf etməkdə olan ölkələri - qlobal cənub ölkələrini birləşdirə bilərik. Biz sülh üçün çalışırıq və həmişə bu münaqişənin sülh yolu ilə həllinin tərəfdarıyıq" - səfir deyib.

Cavid