"Bizi bombalayan Rusiya deyildi" Dünya

"Bizi bombalayan Rusiya deyildi"

Rusiya ilə Qərbin Serbiyaya münasibətində fərq ondan ibarətdir ki, birincilər onu bombalamadı, Kosovonu və Metoxiyanı götürmədi.

Bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç Happy TV-də bildirib.

Onun sözlərinə görə, bütün dünya gücləri öz maraqlarını güdürlər, hamı Serbiyanın onlara məxsus olmasını və müstəqil olmamasını istəyir. Bununla belə, onların münasibətində hələ də fərq var.

"Bağışlayın, amma bizi bombalayan Rusiya deyildi və Kosovonu bizdən ayıran da Rusiya deyil", - Vuçiç vurğulayıb.

O əlavə edib ki, Serbiya indi Avropa yolundadır, lakin ÇXR və Rusiya Federasiyası ilə yaxşı münasibətləri davam etdirəcək.

Cavid