İzmir və Mərsində FETÖ əməliyyatı Dünya

İzmir və Mərsində FETÖ əməliyyatı

İzmir Respublika Prokurorluğu Terror Cinayətləri İstintaq Büro Komandirliyi FETÖ/PDY-yə qarşı apardığı araşdırmalar çərçivəsində təşkilata üzv olduqları bəyan edilən, müsadirə edilən materiallarda terror təşkilat üzvü olduqları bildirilən 13 şübhəli haqqında həbs qərarı çıxarıb.

Xalqcebhesi.az Türkiyənin “hurriyet.com.tr” saytına istinadən xəbər verir ki, İzmir mərkəzli Menemen, Bergama və Torbalı rayonları və Mersində 13 ünvanda eyni vaxtda polis personalı olan 13 şübhəliyə qarşı əməliyyat keçirilib.

İzmir İl Təhlükəsizlik Müdirliyi qrupları tərəfindən həyata keçirilən əməliyyatda 12 şübhəli nəzarətə alındı. Digər şübhəlinin tutulması istiqamətində işlərin davam etdiyi bildirilib.