ABŞ-da prezident seçkiləri keçirilir Dünya
- 14:15
- 497
ABŞ-da prezident seçkiləri başlayıb. AZƏRTAC-ın məlumatına görə, səsvermə məntəqələri müxtəlif ştatlarda fərqli saatlarda açılır. Ən erkən məntəqə yerli vaxtla saat 05:00-da (Bakı vaxtı ilə 14:00) Vermont ştatında açılıb. Meyn, Nyu Cersi, Nyu York, Virciniya kimi ştatlarda məntəqələr saat 6:00-dan etibarən seçiciləri qəbul edəcək. Paytaxt Vaşinqtonda səsvermə saat 07:00-da etibarən keçiriləcək. Vaşinqton və Alaska ştatlarında məntəqələr saat 11:00-da, Havay adalarında 12:00-da açılacaq.
Ağ evin növbəti administrasiyası uğrunda mübarizə əsasən iki partiya arasında gedəcək. Bu gün seçicilər Respublikaçılar Partiyasından namizəd Donald Tramp və Demokratlar Partiyasından namizəd Kamala Harris arasında seçim edəcəklər.
ABŞ-da müxtəlif ştatlardan asılı olaraq sentyabrın 20-dən etibarən erkən səsvermə başlayıb. Seçicilərin artıq 80 milyona yaxını öz səslərini veriblər. Onlar səsvermədə fiziki olaraq və ya səslərini poçt vasitəsilə göndərərək iştirak ediblər.
Donald Tramp və Kamala Harris son günə kimi prezident seçkiləri ilə bağlı keçirilən sorğularda bərabər dəstəyə malik olublar. Bu da seçkilərin nəticələrinin daha gec anons ediləcəyi ilə bağlı ehtimalları artırır.
ABŞ-da seçkilərin nəticələrini əsasən Arizona, Corciya, Miçiqan, Nevada, Şimali Karolina, Pensilvaniya və Viskonsin ştatlarının müəyyən edəcəyi gözlənilir. Seçkilərin ilkin nəticələri səslərin sayılmasından asılıdır. Sonuncu dəfə 2020-ci ildə seçkilərin nəticəsi səsvermədən 3 gün sonra elan edilmişdi.
ABŞ-ın yeni seçiləcək prezidenti 2025-ci il yanvarın 20-də keçiriləcək inaqurasiya mərasimindən sonra səlahiyyətlərinin icrasına başlayacaq. Bu, ABŞ tarixində sayca 60-cı andiçmə mərasimi olacaq.
Bugünkü seçkilərdə ABŞ-da prezident və vitse-prezident seçilməklə yanaşı, 119-cu ABŞ Konqresinin üzvlərini müəyyən etmək üçün Nümayəndələr Palatasındakı 435 yerin hamısı və Senatdakı 100 yerdən 34-ü uğrunda mübarizə aparılacaq.
-
Bakıda küçələri təmizləmək üçün 10 ədəd yeni tozsoran alınıb
-
İcraçı direktor: Geosiyasi dinamika investisiya mühitini yenidən formalaşdırır
-
Zakir Həsənov Slovakiyada döyüş texnikaları ilə tanış olub, atışlarda iştirak edib
-
Bişkekdə Prezident İlham Əliyevə “Çingiz Aytmatov” ordeni təqdim edilib - YENİLƏNİB
-
Bakı və Ankaranın dostu təhlükədə: Hədəfdə odur, çevriliş planlanır
-
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollegiyasının tərkibi dəyişib
-
Bakı, Sumqayıt və Abşeronda pensiyalar noyabrın 7-də ödəniləcək
-
Azərbaycanda bəzi uşaq evlərində nöqsanlar aşkarlanıb, cəzalandırılanlar var
-
9 ayda azad edilmiş rayonlarda tikinti işlərinə 3.6 mlrd. manatdan çox vəsait xərclənib - Siyahı
-
Məktəblərdə payız tətilindən sonra ilk dərs gününün vaxtı açıqlanıb
-
Rusiya Prezidenti: Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üçün bundan sonra da çalışacağıq
-
“Bu zərbələr böyük toqquşma riskini yüksəldir”
-
“Harris qazansa Netanyahu atəşkəsə məcbur ola bilər”
-
“Banklar müqavilədən kənar ödəniş hesablamırlar”-deputat
-
Əli Əsədov Dini Liderlərin Qlobal Sammitinin iştirakçıları ilə görüşlər keçirib
-
Faktiki hava açıqlanıb
-
AQTA: Küçə və yol kənarlarında qida məhsullarının qanunsuz satışı ilə mübarizə tədbirləri genişləndirilib
-
Olimpiya çempionunun medalı əlindən alına bilər
-
Şamil Ayrım: Böyük Qələbədən sonra Azərbaycanın ekoloji məsələlərə dair tədbirə ev sahibliyi etməsi mühüm əhəmiyyət daşıyır
-
FHN-in Cənub Regional Mərkəzi təlim keçirib
-
Azərbaycanın Rusiyaya yeni təyin olunmuş səfiri etimadnaməsini Putinə təqdim edib
-
İcraçı direktor: Dinlərarası dialoq vasitəsilə ekoloji problemlərin həllinə töhfə verə bilərik
-
Birləşmiş Ərəb Əmirlikləri rəsmisi: Azərbaycan tolerantlığın məkanıdır
-
Bukmeykerlər Donald Trampın seçkilərdə qələbə şansını 61 faiz qiymətləndirir
-
“İstifadə edilən metod daha əlverişlidir”-Eldəniz Əmirov
-
Almaniyanın avtomobil sektorunda böhran davam edir
-
İsrailə PUA hücumu
-
Türk mütəxəssis ADAU tələbələri üçün seminar keçib
-
ABŞ-da prezident seçkiləri keçirilir
-
WWF-in Azərbaycan ofisi Bəsitçay qoruğunda aparılan monitorinq işlərinə dəstək verir
-
Avropa Liqası: “Bodo-Qlimt”-"Qarabağ" oyununun hakimləri bəlli olub
-
Şamil Ayrım: Azərbaycanın iqlim dəyişikliyi mövzusunda qlobal sammitə ev sahibliyi etməsi çox əhəmiyyətlidir
-
“Çingiz Aytmatov” ordeni ilk dəfə Azərbaycan Prezidentinə təqdim edilib
-
Peskov: Kiyev Cənubi Koreyanı Ukraynadakı münaqişəyə cəlb etmək üçün hər şeyi edir
-
BƏƏ rəsmisi: İqlim dəyişiklikləri mövzusunda məhz Bakıda toplaşmaq çox yaxşı haldır
-
Kreml Maya Sandunu Moldova Prezidenti kimi tanımır
-
Xızıda 13 kq narkotik və psixotrop maddə aşkarlanıb
-
“Cəhənnəm sakinləri” Şəki Dövlət Dram Teatrında nümayiş olunacaq
-
Məşhur təbrizli jurnalistin Azərbaycanda Culfa şəhərinin sistemli şəkildə kürdləşdirilməsi ilə bağlı həyəcan təbili çalır
-
Musiqi və incəsənət məktəblərində tədris proqramları yenilənib
-
Faktiki hava açıqlanıb
-
bp Cənubi Qafqaz Boru Kəmərinə çəkilən xərcləri artırıb
-
Heydər Əliyev Beynəlxalq Aeroportu: Bakının dünyaya açılan qapısı
-
Dünya Bankı neftin qiyməti üzrə prnoqnozunu azaldıb
-
"Mining Review Afrika” nəşrində “AzerGold” QSC-nin “Ortakənd” layihəsi ilə bağlı məqalə dərc olunub
-
Qanunsuz çalışan plastik cərrahlarla bağlı araşdırma aparılıb, 14 müəssisə cərimələnib
-
Bakıda 75 yaşlı kişini qətlə yetirən şəxsin məhkəməsi başlayıb
-
İraq İslam Müqaviməti ABŞ hərbi bazalarına hücumlarla hədələyir
-
“İrəvan kişi gimnaziyası və onun azərbaycanlı məzunları” kitabının təqdimatı olub
-
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana səfərə gəlib
-
Sabaha gözlənilən hava şəraiti açıqlanıb
-
İslam Məsələləri üzrə Ali Şuranın sədri: Bakı Sammiti sülhün və əmin-amanlığın qorunmasına xidmət edir
-
Üçüncü dünya müharibəsinin qarşısını alacağam - Tramp
-
Təbrizin İmam Rıza xəstəxanasında xüsusi qayğıya ehtiyacı olan xəstələr məcburi evə buraxılıb
-
Meksikalı voleybolçu: Azərbaycan Kubokunun qalibi olmaq önəmli idi
-
"ABŞ gürcü xalqının yanındadır"
-
“Bakı-Tbilisi-Ceyhan” vasitəsilə dünya bazarına 4,4 milyard barel neft nəql edilib
-
QMİ sədri COP çərçivəsində Dini liderlərin Məşvərət Şurasının yaradılmasını təklif edib
-
“Nəsildən-nəslə teatr” layihəsinin panelində gənclərlə yeni tendensiyalar müzakirə olunub
-
Macarıstanlı tanınmış gimnast Bakıda ustad dərsi keçəcək